Monteneqronun Budva şəhərində keçiriləcək 19 yaşadək boksçular arasında dünya çempionatında Azərbaycanı doqquz boksçu təmsil edəcək.
Apasport.az xəbər verir ki, bunu federasiyanın mətbuat xidməti açıqlayıb.
12 gün davam edəcək yarış oktyabrın 16-da start götürəcək.
Baş məşqçi Elbrus Rzayev U-19 dünya çempionatında Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Əli Baxışov (60 kq), Şahin Aslanov (65 kq), Rza Rzayev (70 kq), Renat Qiyaslı (80 kq) və Səfdər Məmmədzadəyə (+90 kq) şans verəcək.
Qızlardan ibarət millinin baş məşqçisi İlkin Ağayev isə Banuçiçək Nəsirli (48 kq) ilə Gülər Hüseynovaya (51 kq) güvənəcək.
Yarışda Emil Qurbanəliyev hakimlər sırasında yer alacaq. Anar Babanlı isə referilərin işini qiymətləndirəcək.
Oxşar xəbərlər
16.10.2026 - 21:31 2 boksçumuz dünya çempionatına qələbə ilə başlayıb
16.10.2026 - 19:49 21 boksçumuz Avropa çempionatında çıxış edəcək






Comments
No comments yet. Be the first to share your thoughts.