Azərbaycan boksçusu Cəmilə Muradlı Budvada U-17 Avropa çempionatının qalibi olub.

Apasport.az xəbər verir ki, 57 kq çəkidə mübarizə aparan milli komandanın idmançısı finalda Aliya İbrahimi (Almaniya) məğlub edib. 

Hər 3 raundu xeyrinə bitirən Muradlı 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanaraq Avropa çempionu tituluna yiyələnib.

Bununla da yığmamızın medallarının sayı 4-ə yüksəlib. Boksçularımızdan daha öncə Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) bürünc mükafata sahib olublar.

Qeyd edək ki, bu gün daha 4 idmançımız final döyüşünə çıxacaq.

image Oxşar xəbərlər

16.10.2026 - 21:31 2 boksçumuz dünya çempionatına qələbə ilə başlayıb

2 boksçumuz dünya çempionatına qələbə ilə başlayıb

16.10.2026 - 19:49 21 boksçumuz Avropa çempionatında çıxış edəcək

21 boksçumuz Avropa çempionatında çıxış edəcək

15.10.2026 - 11:27 Azərbaycanı U-19 Avropa çempionatında doqquz boksçu təmsil edəcək

Azərbaycanı U-19 Avropa çempionatında doqquz boksçu təmsil edəcək

14.10.2026 - 16:18 Azərbaycanın oğlanlardan ibarət boks millisi Avropa çempionatında üçüncü yeri tutub

Azərbaycanın oğlanlardan ibarət boks millisi Avropa çempionatında üçüncü yeri tutub